NJT Şirkətlər Qrupunun saytına xoş gəlmişsiniz! Saytımıza daxil olduğunuz üçün Sizə təşəkkür edirik.
Bölgədə plastik sənaye sahəsində lider olan NJT Şirkətlər Qrupu dinamik surətdə inkişaf edən bir müəssisədir. Yüksək texnologiyalar əsasında məhsullar istehsal edərək biz müştərilərimizə onların ən iddialı layihələrinin gerçəkləşdirilməsində yardım edirik. Bizim uğurumuzu üç prinsip müəyyənləşdirir: yüksək keyfiyyət, tarazlaşdırılmış qiymət siyasəti və firma heyətinin yüksək peşəkarlığı. Qoyulmuş məqsədə nail olmaq üçün hər zaman effektiv qərarlar qəbul edən və işə peşəkarları cəlb edən NJT Şirkətlər Qrupu digər firmalardan fərqlənmişdir və buna görə də partnyorlar tərəfindən yüksək qiymətləndirilmişdir.
Bu gün NJT Şirkətlər Qrupu qabaqcıl plastik məmulatların istehsalı ilə məşğul olan bir sıra müəssisəni birləşdirən vahid istehsal şəbəkəsidir.
Bizim müəssisələr Bakı şəhərində yerləşən anbarlar və xarici nümayəndəliklərdən istənilən çətinlik və komplektlikdə olan malları dünyanın istənilən nöqtəsinə çatdırır.