NJT 2000
Plastik boru və fittingler
Ətraflı >>
BTQ
Plastik tələbat qabları
Ətraflı >>
BAKPEK
İnşaat
Ətraflı >>
KLEIBERIT
Hər növ yapışdırıcılar
Ətraflı >>
ILLA-Plast
İzolyasiya sənaye
Ətraflı >>

KLEIBERIT

1948 ci ildən KLEIBERIT /Almaniya/ firmasının fəaliyyəti Sitta quşunun adı ilə bağlıdır. Bu quş demək olar ki, bütün Avropada yaşayır. Onun nəzərə çarpan əsas cəhəti ondan ibarətdir ki, dimdiyindən ifraz etdiyi şirə çox möhkəm yapışqanlılıq xüsusiyyətinə malikdir. Bu da ona öz yuvasını tikəndə çox köməklik edir. Belə ki, yuvasını ağacın gövdəsi üzərində çör - çöpləri bir birinə yapışdıraraq tikir. Bu yuva Avropada əsən ən şiddətli küləklərə davam gətirir, ağac aşsa belə yuva dağılmır. 

Təbiətin bu möcüzəsini görən Alman kimyacı alim Maks C. Beyker Sitta quşunun dimdiyindən ifraz etdiyi şirənin tərkibini öyrənir və süni yolla həmin maddəni almağa müvəffəq olur. Elə həmin vaxtdan etibarən 1 mart 1948 ci ildə Maks C. Bekker, başqa üç şəriki ilə bərabər Bavariyada Ebenxauzen şəhərində KLEBCHEMIE M.G. Becker GmbH + Co. KG firmasının əsasını qoyurlar.

1949 - cu ildə bütün güclərini ağac emalı sənayesinə sərf edərək, firma ilkin nailiyyətlərə müvəffəq oldu. Yapışdırmanın yeni elmi - texniki əsaslarını işləyib hazırladılar və dünyada yapışdırıcı maddələr bazarında əsas yerlərdən birini tutdular. 

1962 - ci ildə firma Karlsru şəhəri yaxınlığındakı Vaynqarten qəsəbəsinə köcdülər. 1991 ci ildə 170 əmakdaşı olan firma 16000 tn yapışdırıcı istehsal edərək yapışdırıcı sənayesində qabaqcıllar sırasına aid oldular. Firmanın KLEIBERIT adı ilə tanınmış məhsulları həmin vaxtdan etibarən 300 növə catmışdır və dünyanın 70 ölkəsinə eksport edilirdi. 

Yapışdırıcılardan başqa qermetiklər və poliuretan köpüklər KLEIBERIT - in biznesində müvəffəqiyyətlə inkişaf edir. Məhsulların yüksək keyfiyyətlə istehsalı ağac emalı sənayesi, mebel istehsalçıları, tikinti sektoru, qablaşdırma, avtomatika, maşınqayırma və s. sahədə çalışan istehlakcılara yapışdırıcı materialları bir mənbədən əldə etməyə imkan verir. 

Tərkibində həlledici olan yapışdırıcılar getdikcə həlledicisiz və ya suda həll olunan yapışdırıcılar ilə əvəz edilir ki, ətraf mühitin çirklənməsinin qarşısı alınsın. Yapışdırıcılar yaradıldıqda ekoloji təmiz məhsullara xüsusi önəm verilir. KLEIBERIT firmasının məhsullarının istehsalı öz labaratoriyalarında, eləcə də qərbin aparıcı müstəqil institutlarının daim texniki və keyfiyyət nəzarəti altında həyata kecirilir.

Bu gün KLEIBERIT firması 3000 adda, ildə 40 000 ton yapışdırıcı materiallar istehsal edir və dünya bazarında liderlik edir.Azərbaycanda KLEIBERIT firmasının nümayəndəliyi 1997 -ci ildən fəaliyyət göstərir. Firmanın məhsulları azərbaycanlı istehlakçılara tanışdır və Azərbaycan nümayəndəliyi coxlu sayda firmalarla əməkdaşlıq edir.

 

www.kleiberit.com